İsrail, İrandan buraxılan 480-dən çox PUA-nı məhv etdiyini iddia edib

Bölmə: Dünya › ,
Tarix: 13:42 20.06.2025

İsrail ordusu, İrana qarşı hücumlarını davam etdirərkən bu ölkədən buraxılan 480-dən çox pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini iddia edib.

İsrail Ordusunun sözçüsü Effi Defrin axşam saatlarında keçirdiyi mətbuat konfransında, İrandan buraxılan 480-dən çox PUA-nın 95 faizinin məhv edildiyini bildirib və İranın yer-hava və yer-yer raketlərinə qarşı hücumların davam etdiyini vurğulayıb.


Digər tərəfdən, İsrail ordusu tərəfindən verilən ikinci bir açıqlamada, İran tərəfindən atılan raket və PUA-ların qarşısını almaq üçün İsrailin hava qüvvələri, donanması, hava hücumundan müdafiə birlikləri, qırıcı təyyarələri və freqatlarının əməkdaşlıq etdiyi qeyd olunub.


İran İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailin Təl-Əviv və Hayfa şəhərlərindəki hərbi hədəflərə qarşı 100-dən çox kamikadze PUA və raketlə hücuma başladığını açıqlayıb.


TRT HABER
Solmaz Muradova