Bakıda qadın iş yerində ölüb

Bölmə: Hadisə › ,
Tarix: 14:47 20.06.2025

Bakıda qadın iş yerində ölüb.

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dondurma sexində qeydə alınıb.

 

Həmin sexdə sayıcı-operator işləyən, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova iş vaxtı işemik insult keçirib. Qadın hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.