Çin Tehrana dəstək göstərməyəcək-Tramp

Bölmə: Dünya › ,
Tarix: 10:54 21.06.2025

Çin İranla İsrail arasında münaqişəyə müdaxilə etməyəcək və Tehrana dəstək göstərməyəcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Mən təsəvvür edə bilmirəm ki, Çin bu məsələyə qarışsın”, – ABŞ lideri əlavə edib.