İranın bunu əldə etməsinə qarşıyıq-Putin

Tarix: 10:30 21.06.2025
Rusiya kütləvi qırğın silahlarının yayılmasının, o cümlədən İranın onları əldə etməsinin əleyhinədir.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O əlavə edib ki, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var.
Putin MAQATE-də İranın nüvə silahı yaratmağa cəhd etməsi barədə məlumat olmadığını da vurğulayıb.