ABŞ Yaxın Şərqdəki bazalarını gücləndirir

Tarix: 15:51 20.06.2025
Vaşinqtonun “İrana qarşı hücumlarda iştirakı” ilə bağlı müzakirələr fonunda ABŞ ordusunun Yaxın Şərqdəki bazalarını çoxsaylı hərbi yük təyyarələri ilə gücləndirdiyi bildirilir.
“Flight Radar” saytındakı xəritəyə görə, son 24 saat ərzində Avropanın müxtəlif yerlərindən havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə aid 20-yə yaxın hərbi yük təyyarəsi Yaxın Şərqdəki bazalara eniş edib.
Vaşinqtonun İrana qarşı hücumlara İsraillə yanaşı qoşulacağı ilə bağlı müzakirələrin kölgəsində Yaxın Şərqdə ABŞ hərbi bazalarının gücləndirilməsi diqqət çəkib.
Beynəlxalq mətbuatda çıxan xəbərlərə görə, ABŞ Yaxın Şərqdəki bazalarına əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi texnikasını gücləndirib.
İyunun 17-də verdiyi açıqlamada ABŞ-nin müdafiə naziri Pete Hegseth Yaxın Şərq regionuna “əlavə imkanların yerləşdirilməsi” əmrini verdiyini bildirib.
Ağ Evin sözçüsü Karoline Leavitt ABŞ prezidenti Donald Trampın İranla danışıqlar ehtimalının yüksək olması səbəbindən iki həftə ərzində İranla bağlı (hücum edib-etməmək) qərar verəcəyini açıqlayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli