Çin–Azərbaycan yük daşımalarında yeni yol

Tarix: 20:35 20.06.2025
Çinlə Azərbaycan arasında Türkmənistan vasitəsilə yeni yük daşımaları marşrutu rəsmi olaraq istifadəyə verilib. Bu hadisə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (orta dəhliz kimi də tanınır) əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir.
İlk yük qatarı Çinin iqtisadi cəhətdən inkişaf etmiş bölgələrindən biri olan Cınhua şəhərindən (Zhejiang vilayəti) yola salınıb. Qatarın tərkibində 100 standart konteyner olub. Konteynerlərdə geyim, aksesuarlar, metal hissələr və müxtəlif mallar daşınır.
Yük Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra Xəzər dənizi vasitəsilə Bakı Limanına nəql olunacaq. Bu marşrut Şərqdən Qərbə yük daşımalarını daha da sürətləndirəcək və logistikanı optimallaşdıracaq.
Qeyd edək ki, bu marşrut Zhejiang vilayətinin Avropa ilə Çin arasında qurduğu 26-cı beynəlxalq dəmir yolu yük xəttidir.
ANEWZ
Gülhüseynova Güllər