Qazaxıstan qərargah yaratmaq qərarına gəlib

Bölmə: Dünya › ,
Tarix: 20:31 20.06.2025

Qazaxıstan hökuməti artan su problemlərinin qarşısını almaq məqsədilə bitkiçilik mövsümündə su risklərinin idarə olunması üzrə regional qərargah yaradacağını elan edib. Bu qərar Baş nazir Oljas Bektenovun sədrliyi ilə keçirilən iclasdan sonra açıqlanıb.

 

Yeni yaradılacaq qərargah yerli idarəetmə orqanlarını, dövlət qurumlarını və fermer assosiasiyalarını bir araya gətirəcək. Qərargahın əsas məqsədi su təchizatında koordinasiyanı gücləndirmək, suvarma qrafiklərinə nəzarəti təmin etmək və drenaj sularının yenidən istifadəsini təşviq etmək olacaq.

 

Bu təşəbbüs su ehtiyatlarının idarə olunmasında səmərəliliyin, qənaətçiliyin və qurumlararası əməkdaşlığın artırılmasına yönəlib.

 

Hökumət rəsmilərinin verdiyi məlumata görə, xüsusilə ölkənin cənub regionlarına xüsusi diqqət yetiriləcək. Belə ki, bu bölgələr Qazaxıstan üzrə ümumi su istehlakının 97 faizini təşkil edir. Artıq 22,500-dən çox su təchizatı müqaviləsi Qazvodxoz Dövlət Müəssisəsi ilə imzalanıb ki, bu da ötən illə müqayisədə 3,000 müqavilə çoxdur.

 

ANEWZ

Gülhüseynova Güllər