ABŞ-nin müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

Tarix: 14:54 21.06.2025
ABŞ-nin müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.
“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib
Arakçı İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır:
“2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.