İranda radioaktiv çirklənmə ilə bağlı əhali üçün təhlükə yoxdur-AEBA

Bölmə: Dünya › ,
Tarix: 15:07 22.06.2025

ABŞ-nin İranda nüvə obyektlərinə hücumundan sonra radioaktiv çirklənmə həmin obyektlərlə məhdudlaşıb və əhali üçün heç bir təhlükə yoxdur.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib.

 

Qeyd edilib ki, hücum zamanı 6 obyekt hədəfə alınıb, daha əvvəl vurulmuş 4 obyektə isə yenə zərbə endirilib.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hədəf alınıb.