Müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı tez bərpa edilməlidir-Qrossi

Tarix: 19:31 22.06.2025
Beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı mümkün qədər tez bərpa edilməlidir.
"İnformator.az"ın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi CNN telekanalına müsahibəsində deyib.
"Biz mümkün qədər tez danışıqlar masasına qayıtmalıyıq. Müfəttişlərin İranın nüvə obyektlərinə qayıtmasına icazə verilməlidir", - o vurğulayıb.