ABŞ-nin nüvə obyektlərinə zərbəsi nəticəsində ölən olmayıb-İran Qızıl Aypara Cəmiyyəti

Bölmə: Dünya › ,
Tarix: 15:52 22.06.2025

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsi nəticəsində ölən olmayıb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hosseyin Kolivand bildirib.

 

“Xoşbəxtlikdən, ABŞ-nin dünən İranın nüvə obyektlərinə aqressiv hücumu ilə əlaqədar ölən yoxdur”, - deyə Pir Hosseyin Kolivand qeyd edib.