Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

Bölmə: Sosial › ,
Tarix: 15:20 22.06.2025

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şirvanda yük avtomobilinin dəmir yolu ötücüsünə ciddi zərər yetirməsi səbəbindən məhdudlaşdırılan hərəkəti bərpa edib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

 

Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Şirvanda “Mersedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək dəmiryol infrastrukturuna ciddi zərər vurub. Nəticədə ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.

 

ADY tərəfindən hadisədən sonra qatarların hərəkətinin bərpası istiqamətində operativ tədbirlər görülüb, əlavə yol çəkilib.

 

Yük qatarlarının hərəkəti 22 iyun saat 11:30-dan etibarən bərpa olunub.