Yevgeni Kukseviç milli komandanın baş məşqçisi təyin edilib

Bölmə: İdman › ,
Tarix: 15:20 25.06.2025

Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib.

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə müqavilənin müddəti bir il nəzərdə tutulub.