“Sumqayıt” daha 3 futbolçunu göndərib

Bölmə: İdman › ,
Tarix: 20:14 25.06.2025

""Sumqayıt" futbolçularını saxlaya bilmirsə, burada bəzi məsələlər var ki, biz müqavilələrin şərtlərini bilmirik. Amma müqaviləsi bitən futbolçular varsa, onları saxlamaq çətindir və daha çox maliyyə tələb edir. Ondan üstün bir maliyyə olan başqa klublar təklif edəndə futbolçular gedir və burada futbolçunun özündən də çox şey asılıdır-getmək və ya qalmaq".

 

Bu fikirləri futbol funksioneri Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib bildirib ki, ümumi götürsək, bu məsələ başa düşüləndir və futbolda belə şeylər normaldır:


"Düşünmürəm ki, quruculuqda hansısa problemlərlə üzləşəcəklər. Onların yerini yeni gələnlərlə dolduracaqlar. Hər bir işdə risk var. Bu gün onlar qalsalar, onların yanına gələn yeni futbolçular olsa belə, demək olmaz ki, hər şey yaxşı olacaq. Bu futboldur, burada risk hər zaman olur. Düşünürəm ki, ən əsası odur ki, futbolçular güclənsinlər və onların yerinə onlardan da yaxşı futbolçular gətirmək olar. Son olaraq "Sumqayıt"a uğurlar arzulayıram".

 

Zəhra Möhübbətova