Qırğızıstan Azərbaycanın aqrar sektordakı təcrübəsi ilə tanış olmaq istəyir

Bölmə: Sosial › ,
Tarix: 17:09 25.06.2025

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində Qırğızıstanın Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ilə görüşüb.

 

"İnformator.az" bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, görüşdə nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, qeyd edib ki, Azərbaycan Qırğızıstanla ticarət dövriyyəsinin artırılması, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələrində, xüsusilə heyvandarlıq, balıqçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəm verir.

 

B.Torobaev isə öz növbəsində ölkəsinin Azərbaycanın aqrar sektorun rəqəmsallaşdırılması, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı məhsullarının emalı sahəsində uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduqlarını ifadə edib. O, iki ölkə arasında aqrar təhsil sahəsində əməkdaşlıqda, tələbə-müəllim mübadiləsi proqramlarında iştiraka maraq göstərdiklərini vurğulayıb.