"Real" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir

Tarix: 17:12 28.06.2025
İspaniyanın "Real" klubu "Ştutqart" və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir.
"İnformator.az" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu 23 yaşlı futbolçunu 60 milyon avroya satmaq niyyətindədir.
Ön xətt oyunçusunun Ştutqart təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Qeyd edək ki, Almaniya millisinin heyətində iki matçda meydana çıxıb. N.Voltemade ötən mövsüm bütün yarışlarda 33 matçda iştirak edib 17 qola və 3 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.