"Sabah" legioneri ilə müqaviləni yeniləməyib

Bölmə: İdman › ,
Tarix: 17:02 28.06.2025

“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.

 

"İnformator.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.

 

V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.