Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Tarix: 10:03 01.07.2025
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranacaq.
Bu barədə "İnformator.az" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə olacaq.