21 yaşlı tennisçi "Uimbldon" turnirində rekord qırıb

Bölmə: İdman › ,
Tarix: 10:09 01.07.2025

Fransalı 21 yaşlı tennisçi Mpetşi Perrikar "Uimbldon" turnirində servis atışının sürətinə görə rekord qırıb.


"İnformator.az" xəbər verir ki, bu barədə "ATP tour"un mətbuat xidməti məlumat yayıb.

 

Onun Teylor Fritzə (ABŞ) qarşı görüşdə həyata keçirdiyi servis atışı zamanı topun sürəti saatda 246 km olub. Buna qədərki rekord isə amerikalı tennisçi Teylor Dentə məxsus idi - saatda 238 km. O, bunu 2010-cu ildə gerçəkləşdirib.


Qeyd edək ki, M.Perrikar reytinqdə 36-cıdır. O, təşkilatın bayrağı altında keçirilən turnirlərdə 2 qələbə qazanıb. Tennisçinin ən yaxşı nəticəsi 2024-cü ildə baş tutan "Uimbldon"da dördüncü tura yüksəlməsi olub.