Azərbaycanın səfiri Rusiya XİN-ə gedib

Tarix: 10:38 01.07.2025
Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin Smolenskaya meydanındakı binasına gəlib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Diplomat jurnalistlərə şərh vermədən davam edib.
Rusiya Xarici İşlər Nazirliyi dünən bildirmişdi ki, Mustafayev “Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı” çağırılıb.