İran XİN rəhbəri ABŞ-lə danışıqların tezliklə başlayacağını düşünmür

Tarix: 11:12 01.07.2025
İran yaxın gələcəkdə ABŞ-lə dialoqa başlamağı düşünmür.
"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi CBS kanalına müsahibəsində deyib.
“Düşünmürəm ki, Amerika ilə danışıqlar yaxın gələcəkdə baş tutsun. Bunun üçün daha çox vaxta ehtiyacımız var. ABŞ-lə müzakirələrə başlamağımız üçün əmin olmalıyıq ki, danışıqların ortasında ABŞ bizə ikinci dəfə hücum etməyəcək”, - Araqçi vurğulayıb.