Ötən ay dövlət sərhədinin pоzulmasına görə 13 nəfər saxlanılıb

Tarix: 11:22 01.07.2025
Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin iyun ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb.
"İnformator.az" Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Onların 8-si Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.