Microsoft 9 min əməkdaşını işdən çıxarıb

Tarix: 13:43 03.07.2025
Microsoft, strateji tələblərə uyğunlaşmaq məqsədilə işçi qüvvəsində dəyişikliklər edəcəyini və təxminən 9 min əməkdaşını işdən çıxaracağını açıqlayıb.
Açıqlamada bildirilib ki, bu dəyişikliklərin şirkətin ümumi işçi qüvvəsinin 4 faizindən az hissəsini əhatə edəcəyi gözlənilib. ABŞ mediasında yayılan məlumatlara görə isə ixtisarlar təxminən 9 min nəfəri əhatə edəcək.
Microsoft-un sözçüsü məsələ ilə bağlı açıqlamasında deyib: “Şirkəti və komandaları dinamik bazarda uğur qazanmaq üçün ən yaxşı şəkildə mövqeləndirmək məqsədilə zəruri təşkilati dəyişiklikləri həyata keçirməyə davam edirik".
Haberler.com
Aygün Babayeva