Hava fişəng anbarı havaya uçub

Bölmə: Dünya › ,
Tarix: 13:44 03.07.2025

ABŞ-nin Kaliforniya ştatında yerləşən hava fişəng anbarında baş verən yanğın zamanı partlayış olub. Bildirilib ki, anbardakı alovlar ətrafa yayılıb və bir çox iş yeri yanıb. Partlayış anı isə helikopter kamerasına düşüb.

 

Kaliforniya ştatında yerləşən hava fişəng anbarında yanğın baş verib. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub və anbarda partlayış baş verib. Ətraf sakinlər təhlükəsiz ərazilərə təxliyə olunublar.

 

Yanğınsöndürmə xidməti bildirib ki, alovlar yayılaraq bəzi iş yerlərinin tamamilə yanmasına səbəb olub. Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Departamenti (CAL FIRE) alovların 78 hektarlıq ərazini külə döndərdiyini açıqlayıb.

 

Partlayış və yanğın nəticəsində insan tələfatının olub-olmaması barədə hələlik məlumat verilməyib. Digər tərəfdən, partlayış anı helikopter kamerası tərəfindən qeydə alınıb.

 

Haberler.com

Aygün Babayeva