Azərbaycan güləşçisi yenidən Avropa çempionu olub

Tarix: 08:05 04.07.2025
İtaliyanın Kaorle şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb.
Finalın əvvəlindən sonunadək dominantlıq edən Qurbanova böyük üstünlüklə - 9:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub. Beləliklə, gənc pəhləvan bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb.