Yanğın tüstüsü ciddi risklər yaradır-Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Tarix: 14:12 04.07.2025
Səhiyyə Nazirliyi ölkə ərazisində baş verən meşə yanğınlarından sonra tüstünün insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək üçün görülməli olan tədbirləri paylaşıb.
Nazirlikdən verilən məlumatda bildirilib ki, yanğın tüstüsü göz, burun, boğaz və ağciyərlərdə qıcıqlanma yarada, öskürək və hırıltı ilə nəfəs almağı çətinləşdirə bilər. Vurğulanıb ki, bu proses zamanı sağlamlığı qorumağın ən təsirli yolu dumanlı havada evdə qalmaq və çöldə vaxtın məhdudlaşdırılmasıdır.
“Yüksək risk qrupundasınızsa, daha diqqətli olun”
Açıqlamada xroniki xəstəlikləri, xüsusilə ürək və ya ağciyər xəstəlikləri olan vətəndaşların dumanlı havaya məruz qala və sağlamlıqlarında ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edilib. Bu addımın yüksək risk qrupuna daxil olan insanlar üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Nazirlik tərəfindən tüstünün təsirindən qorunmaq üçün sadalanan addımlar aşağıdakılardır:
"Tüstülü və ya küllü bir mühitdəsinizsə, burnunuzu və ağzınızı örtən və üzünüzə möhkəm oturan maskalardan istifadə edə bilərsiniz. Bu maskalar nəfəs almadan əvvəl tüstü və ya kül hissəciklərini süzür.
Fiziki fəaliyyətinizi azaltmaq və qapalı məkanlarınızda HEPA filtrli hava təmizləyicilərindən istifadə tüstüyə məruz qalmağı azaltmaq üçün izləyə biləcəyiniz vacib addımlardır.
Meşə yanğınında fövqəladə hallarda müvəqqəti olaraq başqa yerə köçün. Mümkünsə, tüstülənən ərazidən uzaqlaşın”.
"112" Fövqəladə Hallar üçün Xəbərdarlıq
Nazirlik vətəndaşların sağlamlıq durumlarını yaxından izləmələrinin vacibliyini bildirib və bu ifadələri əlavə edib: "Xroniki xəstəliyiniz varsa, bu barədə səlahiyyətli orqanlara məlumat verin. Səhhətinizlə bağlı hər bir əlamətə diqqət yetirin".
Açıqlamada vurğulanıb ki, tənəffüs çətinliyi, döş qəfəsində ağrı, həddindən artıq yorğunluq və ya davam edən simptomlar zamanı gecikmədən 112 Təcili Zəng Mərkəzinə müraciət etmək lazımdır.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli