Polşa Cənubi Koreyadan 180 ədəd K2 tankı alacaq

Bölmə: Dünya › ,
Tarix: 14:06 04.07.2025

Polşa ilə Cənubi Koreya arasında silah tədarükünə dair yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən, Varşava Seuldan 180 ədəd K2 əsas döyüş tankı alacaq. Sövdələşmənin ümumi dəyəri 6 milyard dollar təşkil edir.

 

Məlumata görə, 117 tank Cənubi Koreyada, Hyundai Rotem şirkətinə məxsus zavodda istehsal ediləcək. Qalan tankların montajı isə Polşada həyata keçiriləcək.

 

Cənubi Koreyanın müdafiə naziri bildirib ki, bu müqavilə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdiyini göstərir.

 

"K2 tanklarının ixracına dair əldə olunan ikinci razılaşma Cənubi Koreya ilə Polşa arasında silah sənayesi sahəsində güclü tərəfdaşlığın göstəricisidir". 

 

Qeyd edək ki, bu müqavilə əvvəlki silah tədarükü razılaşmalarının davamı olaraq imzalanıb və tərəflər arasında müdafiə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir.

 

Mənbə :Caliber

Aytən Ağazadə