Suriyanın gerbi dəyişdirilib

Bölmə: Dünya › ,
Tarix: 08:06 04.07.2025

Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirmək barədə qərar qəbul edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, yeni gerbdə qanadları açılmış və başının üzərində üç ulduz olan qartal təsvir olunub.

 

Yeni dövlət simvolu Dəməşqdə keçirilən təntənəli tədbirdə təqdim edilib.


Mərasimdə çıxış edən Suriya Prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişiklik edilmiş qartal “Suriya xalqının tarixinin yeni mərhələsinə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir”.