İraqda ABŞ qoşunlarının yerləşdiyi bazanın yaxınlığında dron vurulub

Tarix: 08:29 04.07.2025
İraq Kürdüstanı muxtar vilayətində ABŞ-nin rəhbərlik etdiyi koalisiya qoşunlarının yerləşdiyi Ərbil hava limanı yaxınlığında dron vurulub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə vilayətin təhlükəsizlik qüvvələri məlumat yayıb.
"Yerli vaxtla saat 21:58-də Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında partlayıcı maddə ilə dolu dron zərərsizləşdirilib", - Kürdüstan bölgəsinin terrorla mübarizə xidmətinin məlumatında deyilir.