Polşanın sabiq prezidenti Lex Valensa xəstəxanaya yerləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 08:48 04.07.2025

Polşanın sabiq prezidenti və "Həmrəylik" hərəkatının lideri Lex Valensa xəstəxanaya yerləşdirilib.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 81 yaşlı siyasətçi hospitalizasiya olunması barədə şəxsən sosial şəbəkədə paylaşım edib.


Valensa paylaşımını tibbi cihazlar qoşulmuş və oksigen maskası ilə xəstəxana çarpayısında uzanan vəziyyətdə çəkilmiş şəkillə müşayiət edib.