Təbii qazın dəyəri azalıb

Tarix: 09:17 04.07.2025
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.03% ucuzlaşaraq 3.4104 ABŞ dollarına bərabər olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.11% artıb. Beləliklə, qazın meqavat-saatı 33.75 avro olub