“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul olunub

Tarix: 13:57 04.07.2025
Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, layihə parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Milli Məclis Xüsusi İcra Məmurlarının Palatasınınyaradılması təklifini birinci oxunuşda qəbul edib.
Belə ki, xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanır.
Xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır. Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılır və qeyri-kommersiya hüquqi şəxsidir. Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.