Zeynep Sönmez yenidən tarix yazmaq üçün tennis meydançasına çıxacaq

Bölmə: İdman › ,
Tarix: 13:59 04.07.2025

Mövsümün üçüncü "Grand Slam" turniri olan "Wimbledon"da tarixi uğurlara imza atan milli tennisçi Zeynep Sönmez, sabah 3-cü tur qarşılaşmasında rusiyalı tennisçi Ekaterina Aleksandrova ilə üz-üzə gələcək.

 

İngiltərənin paytaxtı "London"da keçirilən turnirdə Zeynep 3-cü tur oyununa TSİ ilə 13:00-dan sonra tennis meydançasına çıxacaq. Bu qarşılaşmanı qazanan tennisçi 4-cü turda "Belinda Bencic" (İsveçrə) – "Elisabetta Cocciaretto" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.

 

"Wimbledon"da 3-cü tura yüksələn ilk türk tennisçi olan və ümumilikdə bütün "Grand Slam" turnirlərində 1950-ci ildən sonra bu səviyyəyə çatan ilk milli raket kimi tarixə düşən Zeynep əgər sabah tennis meydançasından qalib ayrılsa, bir daha tarix yazacaq. Zeynep rusiyalı rəqibini məğlub edərsə, "Grand Slam" tarixində 4-cü tura yüksələn ilk və tək türk idmançısı adını qazanacaq.

 

Milli tennisçi ilk turda dünya reytinqində 52-ci yerdə olan rumıniyalı Jaqueline Cristianı, ikinci turda isə dünya 32-cisi çinli Xinyu Wangı məğlub edib.

 

Turnirə dünya 17-cisi olaraq başlayan Ekaterina Alexandrova isə ilk turda avstraliyalı Priscilla Honu, ikinci turda isə hollandiyalı Suzan Lamensi 2-0 hesabı ilə məğlub edib. Rusiyalı idmançının "Grand Slam"lardakı ən böyük nailiyyəti isə 2023-cü il "Wimbledon" və 2025-ci il "Fransa Açıq" turnirlərində 4-cü tura yüksəlmək olub.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə