Qeyri-müəyyənlik davam edir

Tarix: 15:44 07.07.2025
Azərbaycan I Liqasında çıxış edəcək “Şimal” klubunun ev oyunlarını harada keçirəcəyi qeyri-müəyyəndir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, bölgə təmsilçisi rayonda oynamaq istəsə də, şərtlər buna uyğun deyil. Xaçmaz Olimyipa İdman Kompleksi stadionunda rəqiblərini qəbul etmək istəyən komandanın arzusu ürəyində qalacaq.
Çünki bu stadionda şərait aşağı səviyyədədir və I Liqa tələblərini qarşılamır. Bu səbəbdən də rəhbərlik hazırda stadion axtarışındadır.
Bununla yanaşı, klubun maddi durumu da yüksək səviyyədə deyil. Stadionu və büdcəsi olmayan Xaçmaz klubunda hələlik qeyri-müəyyənlik hökm sürür.
Xatırladaq ki, “Şimal” ötən mövsüm Azərbaycan II Liqasında 3-cü pilləni tutaraq, I Liqaya vəsiqə qazanıb. Komanda bu günə qədər ev oyunları Siyəzən şəhər stadionunda keçirirdi.
Bu arena da I Liqa tələblərinə uyğun deyil.