Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölüb

Bölmə: Hadisə › ,
Tarix: 17:17 09.07.2025

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.

 

"İnformator.az" "Unikal" a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Məhəmməd Ramil oğlu Nəsirov uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

 

Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib. M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb. Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib.