"İranın bir il ərzində nüvə silahı istehsal etmək imkanı var idi"

Tarix: 18:40 09.07.2025
İranın nüvə obyektlərinə zərbələr endirilməzdən əvvəl, bu ölkənin bir il ərzində nüvə silahı istehsal etmək imkanı var idi.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Fox Business telekanalına verdiyi müsahibədə bildirib.
O, bu məsələyə dair sualı cavablandıraraq deyib: “Düşünürəm ki, bir il ərzində.” Netanyahu əlavə edib ki, Tehran çox güman ki, həmin müddət ərzində bir neçə nüvə silahı hazırlaya bilərdi.
Bundan əlavə, Netanyahunun sözlərinə görə, İran ayda təxminən “300 ballistik raket” istehsal etmək gücünü yaratmaq niyyətində idi.
Caliber
Billurə Quliyeva