Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq-Nazir

Tarix: 10:52 10.07.2025
Növbəti il Azərbaycandakı bütün müəllimlər sertifikasiya imtahanından keçmiş olacaq.
"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir xatırladıb ki, ötən il 31 min 852 müəllim ibtidai sinif üzrə sertifikasiyadan keçib:
“Ümumilikdə bu günə qədər 7 min 318 müəllim uğursuz nəticə göstərib. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olmalıdır”.
O, həmçinin əlavə edib ki, 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb:
"Odur ki, bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil”.