Siyəzəndə minik maşını aşıb-Bir nəfər xəsarət alıb

Tarix: 14:54 10.07.2025
Siyəzən minik maşını aşıb, xəsarət alan var.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu gün Bakı Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.
Yüksək sürətlə hərəkət edən minik maşını idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağrılıb. Yaralı Siyəzən Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.