Kiyevə hücum: 2 ölü-ABŞ silah yardımını bərpa edib

Tarix: 12:21 10.07.2025
Cümə axşamı səhər saatlarında Rusiya Kiyevə pilotsuz təyyarə və raketlərlə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb, yaşayış və qeyri-yaşayış binalarında yanğınlar başlayıb. Paytaxtın üzərini tüstü bürüyüb, hava həyəcanı dörd saat davam edib.
Hücum ABŞ-nin Ukraynaya silah tədarükünü yenidən bərpa etdiyi günlərə təsadüf edir. Vaşinqton artilleriya mərmiləri və mobil raket sistemləri göndərməyə başlayıb. Prezident Trampın nümayəndəsi Keyt Kelloq Romada Ukrayna lideri Zelenski ilə görüş keçirib. Tramp isə Putinin müharibəni dayandırmaqla bağlı addımlarından narazılığını ifadə edib.
Eyni gündə Ukraynanın şərqindəki Kostiantynivka şəhəri də Rusiya aviazərbələrinin hədəfinə çevrilib. Burada üç nəfər ölüb, bir nəfər yaralanıb. ABŞ və Rusiya xarici işlər rəhbərləri ASEAN sammitində görüş planlaşdırır.
Mənbə: Reuters
Qəmər Kazımzadə