İsrail qüvvələri bu gün səhər saatlarında 28 fələstinlini qətlə yetirib!

Tarix: 12:27 10.07.2025
İşğalçı İsrail qüvvələri bu gün səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 28 fələstinlini öldürüb.
İşğalçı İsrail qüvvələrinin cümə axşamı səhər saatlarında Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ən azı 28 mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Tibbi mənbələrə görə, hücumlar xüsusilə qadın və uşaqların hədəf alındığı bölgələrdə cəmləşib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı