İranda İsrailə bağlı iş adamları saxlanılıb

Tarix: 14:33 10.07.2025
İranın qızıl və valyuta bazarlarında İsrail əməliyyatçıları müəyyən edilərək həbs edilib.
"İnformator.az" xəbər verir ki, bunu İran parlamentin İqtisadi Komissiyasının sözçüsü Fatimə Maqsudi deyib.
“Əllərində olan pullarla qızıl və valyuta bazarlarına gedərək, bazarda ciddi təlatümlər yaradan İsrailə bağlı əməliyyatçılar, iş adamları müəyyən edilərək həbs olunub”, - o bildirib.
Maqsudi saxlanılanların kimliyi və sayı barədə açıqlama verməyib.