Azərbaycandan Avropaya xam neft idxalı 2030-cu ilin sonunda gündəlik 1,6 milyon barelə düşəcək-OPEC

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:36 10.07.2025

Gələcək pespektivdə Rusiya və Xəzər regionundan (əsasən Qazaxıstan və Azərbaycandan) Avropaya xam neft və kondensat idxalının 2030-cu ilə qədər cüzi azalaraq gündəlik 1,7 milyon bareldən bir qədər aşağı düşəcəyi, proqnoz dövrünün sonuna qədər isə gündəlik 1,6 milyon barel səviyyəsinə qədər geriləyəcəyi gözlənilir.


"İnformator.az" xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında qeyd olunub.

 

Bildirilib ki, 2024-cü ildə Rusiyadan və Xəzər regionundan idxalın təxminən 1,8 milyon barel/gün olduğu hesab edilir ki, bunun da böyük hissəsini müxtəlif Aİ ölkələrinə göndərilən qeyri-Rusiya mənşəli tədarüklər təşkil edib:


“Bu göstərici 2021-ci ildə qeydə alınan 3,5 milyon barel/gün həcmlə müqayisədə kəskin azalmadır və Aİ-nin Rusiyadan xam neft idxalına tətbiq etdiyi embarqo ilə izah olunur”.