Beş boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib

Bölmə: İdman › ,
Tarix: 15:35 12.07.2025

Azərbaycanın 5 boksçusu Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında təşkil olunan Avropa birinciliyində yarımfinala yüksəlib.


"İnformator.az" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk 2 gündə boksçularımızdan 7-si qələbə qazanıb.

 

Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala vəsiqə qazanıb. Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.

 

1/8 final

 

Əli Əliyev (48 kq) – Petar Trajçeski (Şimali Makedoniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

 

Adil Zalov (70 kq) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)

 

1/4 final

 

Məhəmməd Rəsulov (50 kq) – Georgi Sokolovç (Moldova) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)

 

Raul Heydərli (54 kq) – Mladen Stoyanoviç (Serbiya) 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)

 

Səfdər Məmmədzadə (+80 kq) – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib

 

Cəmilə Muradlı (52 kq) – Nataşa Lukiç (Serbiya) 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)

 

Zəhra Məmmədova (54 kq) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib


Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.