"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qələbə ilə başlayıb

Tarix: 16:09 14.07.2025
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, İsveçdə təşkil olunan yarışın I turunun matçına çıxan komanda yerli “Myallbu”nu məğlub edib - 2:1.
İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.