ASCO yük daşımalarını 12 % artırıb

Bölmə: Sosial › ,
Tarix: 15:05 14.07.2025

Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 4,6 milyon ton yük daşıyıb.

 

"İnformator.az" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

 

O cümlədən, yanvar-iyun aylarında səhmdar cəmiyyətinin tankerləri ilə 2,2 milyon ton yük daşınıb ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur. 6 ay ərzində ASCO-nun bərə və Ro-Pax tipli gəmiləri ilə 19 280 ədəd yük avtomobili (3 % çox), 18 227 ədəd vaqon (4 % az) daşınıb. Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. I yarımildə 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən təxminən 83 % çoxdur.