Tbilisidə “Vağzal meydanı”nda qəzalı bina uçub, ölən var

Bölmə: Hadisə › ,
Tarix: 10:24 15.07.2025

Tbilisidə “Vağzal meydanı”nda qəzalı bina uçub, ölən var.

 

"İnformator.az"  “Sputnik Georgia”ya istinadən xəbər verir ki, ötən gün Gürcüstan paytaxtında dəmir yolu vağzalının yaxınlığında “Vağzal meydanı” adlı ərazidə bina uçub.

 

Hadisə yerinə gələn daxili işlər naziri Qela Qeladze bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb.

 

Onun sözlərinə görə, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Tbilisinin meri Kaxa Kaladze bildirib ki, bina qəzalı vəziyyətdə olub.