İraqda neft yatağında partlayış olub

Tarix: 11:03 15.07.2025
İraqın Dahuk əyalətinin şimal hissəsində yerləşən “Atruş” neft yatağında partlayış baş verib.
Bu barədə “İnformator.az” yerli KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, obyektin işçiləri və mülki müdafiə bölmələri yanğını söndürməyə çalışırlar. Obyektdə neft hasilatı dayandırılıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.