Alyaska sahillərində daha bir güclü zəlzələ...

Tarix: 10:39 17.07.2025
Alyaska sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.
Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl Alyaska sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.