"Daim hər yeri bombalayıb"

Bölmə: Dünya › ,
Tarix: 17:27 21.07.2025

Ağ Ev, Suriyada Prezident sarayı, Baş Qərargah və Müdafiə Nazirliyini vuran İsrailin Baş naziri Benyamin Netanyahunun bundan sonra ata biləcəyi addımlarla bağlı narahatdır. Rəsmilər Netanyahunun “dəli kimi davrandığını, daim hər yeri bombaladığını” bildiriblər.

 

Tramp administrasiyası daxilində Netanyahuyla bağlı artan şübhəçiliyə diqqət çəkən rəsmilər, İsrail Baş nazirinin “bəzən sözə baxmayan uşaq kimi” davrandığını qeyd ediblər. Rəsmilər cümə günü Suriyada gərginliyi dayandıran atəşkəsə baxmayaraq, Vaşinqtonun Netanyahunun və onun regional siyasətinin doğurduğu narahatlıqların artmaqda davam etdiyini bildiriblər.

 

Netanyahunun regional siyasəti ilə bağlı Trampın narahatlığı xüsusilə sosial şəbəkələrdə müzakirə olunub, lakin ABŞ Prezidentinin ictimaiyyət qarşısında Netanyahunu tənqid etməkdən çəkinməsi müşahidə olunub.

 

İsrail ordusu Süveyda bölgəsindəki toqquşmaları əsas gətirərək, 16 iyulda Suriya Prezident sarayını, Baş Qərargahı və Müdafiə Nazirliyini vurub.

 

Haberler.com

Aygün Babayeva