İran və üç Avropa dövləti nüvə danışıqlarını bərpa etməyə hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 21:42 21.07.2025

İranın xarici işlər naziri deyib ki, bu ölkə Fransa, Almaniya və Böyük Britaniyanın nüvə müzakirələri üçün görüşün tarixini təyin etmək niyyətindədir.

 

İran üç böyük Avropa ölkəsi - Almaniya, Fransa və Böyük Britaniya ilə görüşüb ölkənin nüvə proqramı ilə bağlı yenidən danışıqlar aparmağa razılaşıb. İranın xarici işlər naziri Abbas Araqçi deyib: “Biz avropalılarla görüşün tarixini müəyyən etməyə çalışırıq”. O, daha sonra vurğulayıb ki, Tehranın nüvə danışıqlarına yanaşması “əvvəlkindən daha güclüdür”. Yerli media onun cümə günü Avropa Birliyinin Xarici Siyasət rəhbəri Kaja Kallas və Britaniya, Fransa və Almaniyadakı həmkarları ilə danışdığını bildirib. Həmin KİV-in məlumatına görə, xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutması gözlənilən danışıqların formatı ilə bağlı razılıq əldə olunub.

 

Euronews

Ayşən Səlimova